


1899-cu ildə İngiltərədə Sir Charles Wakefield tərəfindən CC Wakefield & Co adı ilə təsis edilən Castrol, avtomobil və hava mühərrikləri üçün “Castrol” adlı qatışıq neft məhsulunu istehsal etməklə başladığı fəaliyyətini bir əsrdən çoxdur davam etdirir.
2024-cu ildə 125 illik yubileyi qeyd edən marka “125 illik” mirasını irəliyə aparmaq üçün yeni texnologiyalara fokuslanır. Xidmət etdiyi illər ərzində Castrol bir sıra texnoloji yeniliklərə imza atıb. Məsələn, markanın mühərrik yağlarının ərsəyə gətirilməsi və təkmilləşdirilməsi onun fərqli sahələrdə — aviasiya, avtomobil, dəniz və sənaye — hətta kosmosda fəaliyyətini genişləndirməsinə imkan verib.
Land Rover markası ilə Castrol arasındakı əməkdaşlıq da diqqətçəkəndir. Castrol 2001-ci ildən etibarən Jaguar Land Rover (JLR) üçün eksklüziv tövsiyə edilən mühərrik yağları istehsal edərək və “Castrol EDGE Professional” kimi məhsullarını Land Rover mühərriklərinin “fabrik dolum yağı olaraq istehsal etməyə başlamışdır. Hətta Land Rover rəsmi saytında “Hər bir Land Rover mühərriki ilk başlanğıcında Castrol yağı ilə doldurulur” kimi məlumat var. Əməkdaşlıq müddətində bir sıra maraqlı məqamlar var: məsələn, Castrol və Land Rover mühəndisləri birlikdə mühərrik və transmissiya sistemlərinin tələblərinə uyğun yağlar hazırlayıblar — bu məhsullar keyfiyyətcə və performans baxımından xüsusi olaraq Land Rover üçün nəzərdə tutulmuşdur.
Həmçinin, 2025-ci ildə Castrol, Land Rover-in “Defender D7X-R” yarış maşını üçün rəsmi “Official Fluids Partner” elan edilib — bu da markanın ekstremal şəraitdə performans təmin etmə bacarığını nümayiş etdirir. Beləliklə, Castrol markası — köklü tarixi, texnoloji yenilikləri və premium avtomobil markaları ilə strategik əməkdaşlığı ilə marka nümunəsidir.


.jpeg)
.jpeg)



.jpeg)










.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)





.jpeg)


